Ukraynanın Kiyev vilayətinin Rjişçiv şəhərində Rusiyanın hücumu nəticəsində iki yataqxananın 4-cü və 5-ci mərtəbələri uçub.
NOCOMMENT.az xəbər verir ki, hücumda 3 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.
Ukrayna Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada, hücumda 2 yataqxana binasının və 3 mərtəbəli təlim obyektinin hədəf alındığı bildirilib.
Dağıntılar altında axtarış-xilasetmə işlərinin davam etdiyi və 4 nəfərin dağıntılar altında olduğu bildirilib.
NOCOMMENT.AZ