Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yalan danışır. Deyəsən, Ermənistan Xarici İşlər Nazirliyinin bəzi tarix dərslərinə ehtiyacı var.
NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuatı Xidməti İdarəsinin rəhbəri Ayxan Hacızadə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın iddialarına cavab olaraq Tvitterdə yazıb.
O bildirib ki, Avropanın təhlükəsizliyinə ilk təhdidlərdən biri Ermənistanın hərbi təcavüzü və Azərbaycanın suveren ərazilərinin təxminən 20%-nin işğalı idi.