Finlandiyada aprelin 2-də keçiriləcək ümumi seçkilər öncəsi keçirilən erkən səsvermə prosesində qeydə alınmış seçicilərin 40 faizinin iştirakı ilə rekord qırılıb.
NOCOMMENT xəbər verir ki, Finlandiyanın xəbər agentliyinin məlumatına görə, erkən səsvermə martın 22-28-də keçirilib.
Aprelin 2-də ölkədə keçiriləcək ümumi seçkilər öncəsi siyahıya alınmış seçicilərin 40 faizi erkən səsvermə prosesində iştirak edib. Bu o deməkdir ki, 1 milyon 710 min nəfər erkən səs verib.
Qalan seçicilər bazar günü səs verə biləcəklər.
Nəhayət, 2019-cu ildə keçirilən ümumi seçkilərdə seçicilərin 36,6 faizi əvvəlcədən səs verib və ümumi fəallıq faizi 72,1 faiz olaraq açıqlanıb.