ABŞ-ın vitse-prezidenti Kamala Harrisin Afrika turnesi Zambiya müxalifətinin lideri Fred M’membe tərəfindən tənqid edilib.
NOCOMMENT.az xəbər verir ki, Çin və Rusiyanın Afrikada artan təsirinə qarşı başlanıldığı açıqlanan qitə turu, afrikalılar tərəfindən gözlənildiyi kimi qarşılanmayıb.
Zambiya Sosialist Partiyasının lideri M’membe, “Patris Lumumbanın qatilləri, Kvame Nkrumahı devirənlər, Nasiri, Müəmmər Qəddafini öldürənlər bu gün bizə demokratiya öyrətməyə gəlirlər” deyə açıqlama verib.
Zambiya lideri qeyd edib: “Afrikada bir çox hökuməti devirən, bütün dünyada dövlət çevrilişlərinə öncülük edən, liderlərimizi öldürən bir ölkə bu keçmişlə bizə demokratiya öyrədə bilməz.”
NOCOMMENT.AZ