Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qazaxıstanlı həmkarı Murat Nurtileu, seneqallı həmkarı Aissata Tall Sall və Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Sani ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən yazılı açıqlama verilib.
Nurtileunu yeni təyinatı münasibətilə təbrik edən Çavuşoğlu, 6 fevralda baş verən Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra göstərdiyi dəstəyə və həmrəyliyə görə Qazaxıstana təşəkkür edib.
Çavuşoğlu seneqallı və qazaxlı həmkarları ilə də ikitərəfli əlaqələri müzakirə edib.
NOCOMMENT.AZ