“Telegram” messenceri rusiyalı istifadəçilər arasında YouTube-u ötüb.
NOCOMMENT.az xəbər verir ki, Mediascope-un təqdim etdiyi statistik məlumatlara əsasən “Telegram”da gündəlik izləyicilərin 50,9 milyon nəfər təşkil edib.
Google-a məxsus video platforma olan “YouTube”un gündəlik izləyici sayı isə 50,7 milyon olaraq qalıb.
Qeyd edək ki, “WhatsApp”-ın Rusiya istehsalı olan rəqibi “Telegram” 2013-cü ildə Sankt-Peterburqda istifadəyə verilib.
Tətbiq Sankt-Peterburqdan olan iki qardaş Pavel və Nikolay Durov tərəfindən yaradılıb.
TASS xəbər verir ki, qadağaya baxmayaraq, ötən ay Rusiyada “Facebook” və “Instagram”-ın gündəlik izləyicilərinin sayı 1,8 milyon və 7,1 milyona çatıb.
NOCOMMENT.AZ