Sivasın Gürün rayonunda 3,7 bal gücündə zəlzələ baş verib.
NOCOMMENT xəbər verir ki, Sivasın Gürün rayonunda saat 14.40-da baş verən zəlzələ qısa müddətli çaxnaşma yaradıb.
AFAD-ın sosial media hesabında paylaşdığı yazıya görə, 3,7 bal gücündə zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi açıqlanıb.