Husilərin nəzarətində olan Sənada nağd yardımın paylanması zamanı izdiham yaranıb.
NOCOMMENT.az xəbər verir ki, izdihamda 78 nəfər ölüb, 150-dən çox insan isə yaralanıb.
Husilərin nəzarətində olan Sana Sevre Xəstəxanası İdarə Heyətinin sədri Mütəhhir Mürşid “Əl-Mesirah” televiziyasına Sənada bir iş adamının nağd yardım paylanması zamanı izdiham yaşandığını açıqlayıb.
Daxili İşlər Nazirliyinin Sənadakı sözçüsü Abdulhalik əl-Aceri sözügedən yardım işlərinin Daxili İşlər Nazirliyi ilə razılaşdırılmadan aparıldığını və bu səbəbdən iki iş adamının saxlanıldığını bildirib.
NOCOMMENT.AZ