Ağstafa Rayon Polis Şöbəsinə rayonun Həsənsu kəndindəki kömür sexində iki nəfərin ölümü ilə nəticələn partlayışın baş verməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən NOCOMMENT.az-a bildirilib ki, rayon polis şöbəsinin və prokurorluğunun əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar.
İlkin araşdırmalar zamanı ölən şəxslərin Qazax rayonunun Göycəli kənd sakinləri 1973-cü il təvəllüdlü Asim Bayramov və 1979-cu il təvəllüdlü Cəmil Əsgərov olmaları müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.