Van sərhəd xəttində “təslim ol” çağırışına atəşlə cavab verən 2 PKK terrorçusunun silah ilə zərərsizləşdirildiyi açıqlanıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Sızmağa cəhd edən terrorçulara keçid yoxdur. Çaldıran/Van sərhəd xəttində “Təslim ol!” çağırışlarına atəşlə cavab verən 2 PKK terrorçusu silahları ilə birlikdə zərərsizləşdirilib. Terrorçuların yeganə qurtuluşu türk ədalətinə təslim olmaqdır.” deyə açıqmada qeyd olunub.
NOCOMMENT.AZ