Zəncirvari yol qəzası baş verdi – ölən və yaralananlar varbackend

Zəncirvari yol qəzası baş verdi – ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın İllinoys ştatında qum fırtınası nəticəsində 40-dan çox avtomobil qəzaya uğrayıb.

NOCOMMENT xəbər verir ki, qəzadan sonra verilən açıqlamada 6 nəfərin həyatını itirdiyi, 37 nəfərin yaralandığı bildirilir.

ABŞ-ın İllinoys ştatında təsirli olan qum fırtınası nəticəsində 40-dan çox avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında 6 nəfərin öldüyü, 37 nəfərin yaralandığı açıqlanıb.

ABŞ-ın İllinoys ştatında Interstate 55 avtomobil yolunda dünən təsirli olan qum fırtınası nəticəsində 40-dan çox avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzanın balansı müəyyənləşib. İllinoys ştatının polisi Ryan Starrick verdiyi açıqlamada, görmə məsafəsinin demək olar ki, sıfıra endiyi şossedə baş verən qəzada 6 nəfərin öldüyünü, yaşları 2 ilə 80 arasında olan 37 nəfərin isə yaralanaraq xəstəxanaya aparıldığını açıqlayıb.

Qəzadan sonra magistral hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlanıb.