Yeni Klinikada “Mavi kod” xidmətinin aktivləşdirilməsi təlimləri keçirildi – FOTObackend

Yeni Klinikada “Mavi kod” xidmətinin aktivləşdirilməsi təlimləri keçirildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Yeni Klinikada Keyfiyyətə nəzarət şöbəsinin təşəbbüsü, TƏBİB-in İnsan resursları departamentinin Təlim və karyera planlaması şöbəsi və Medic School Training Center-in birgə dəstəyi ilə “Təcili və təxirəsalınmaz vəziyyətlərdə Mavi Kod xidmətinin aktivləşdirilməsi” mövzusunda nəzəri və praktik təlimlər keçirilib.

NOCOMMENT.az xəbər verir ki, təlimin məqsədi “Mavi Kod” elanı zamanı tibb müəssisəsində ürək və tənəffüs sistemi dayanmış xəstə, ziyarətçi və ya personala kardiopulmonar resusitasiya xidmətini icra edəcək “Mavi Kod” komandasının üzvlərinin praktik fəaliyyətini xüsusi protokollar üzərindən qiymətləndirilməsidir.

Amerika Ürək Assosiasiyasının beynəlxalq sertifikatlı təlimçilərinin iştirakı ilə keçirilən təlimdə xüsusi olaraq təcili tibbi yardım, anesteziologiya, reanimasiya şöbələrinin və digər ixtisaslı həkim və tibb bacıları iştirak edib.

Medic School Training Center-in təlimçisi tərəfindən xəstəxana personalının nəzəri və praktiki biliklərini qiymətləndirmək, xəstəxanada “Mavi Kod” xidmətini aktivləşdirmək məqsədilə kliniki simulyasiyalar üzərindən nəzəri və praktik təlimlər keçirilib.

Təlimin sonunda real klinik tibbi vəziyyət üzərindən “Mavi Kod” komandasının üzvlərinin praktik fəalliyyəti xüsusi protokollar üzərindən qiymətləndirilib.

Qeyd edək ki, “Mavi kod” elanı “Mavi kod” statusunu və hadisə yerini bildirən təcili çağırış siqnalıdır. Xəstəxanada ürək və/və ya tənəffüs dayanması hallarında, ən sürətli və ən təsirli müdaxilə üsulu üçün mavi kod komandasına tez bir zamanda xəbər verilməsini təmin edən və komandanın hadisə yerinə mümkün qədər tez çatmasına kömək edən erkən bildiriş sistemidir.