ABŞ-da 2 ay ərzində 3 bankın iflasa uğramasından sonra maliyyə çətinliyi yaşayan regional bank PacWest-in də ‘satış’ daxil olmaqla strateji variantlarını dəyərləndirdiyi öyrənildi.
NOCOMMENT xəbər verir ki, Bloomberg anonim mənbələrə istinadən PacWest-in maliyyə məsləhətçisi ilə işlədiyini bildirib. Anadolu Agentliyinin xəbərinə görə, bank satışa açıq olsa da, rəsmi hərrac prosesinə başlamayıb və “satış” da daxil olmaqla strateji opsionlar dəyərləndirilir.