Suriya üzrə növbəti dördtərəfli görüş bu tarixdə olacaqbackend

Suriya üzrə növbəti dördtərəfli görüş bu tarixdə olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 10-da Suriya, İran, Rusiya və Türkiyə ilə bağlı keçiriləcək görüş barədə açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Mövlud Çavuşoğlu 24 TV-nin canlı yayımında gündəmi dəyərləndirərkən məlumat verib.

Suriya ilə bağlı proseslərə toxunan Çavuşoğlu, Moskva rəhbərliyinin Türkiyə, Rusiya, İran və Əsəd rejimi arasında mayın 10-da Moskvada keçiriləcək xarici işlər nazirlərinin ilk görüşünün tarixini təsdiqlədiyini bildirib.

Çavuşoğlu, təkcə İrandan kimin iştirak edəcəyinin dəqiq olmadığını, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İran prezidenti İbrahim Rəisi ilə Afrika səfərinə çıxacağı təqdirdə Moskvaya başqa bir rəsminin gələcəyini bildirib.

NOCOMMENT.AZ