İranda 7 nəfər edam edildibackend

İranda 7 nəfər edam edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda təcavüz və narkotiklə bağlı cinayətlərdə təqsirli bilinən 7 nəfər edam edilib.

NOCOMMENT.az xəbər verir ki, Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, Kərəc şəhərindəki Recai Şəhr həbsxanasında təcavüz ittihamı ilə edama məhkum edilən 4 məhbusun hökmü icra edilib.

Edama məhkum edilən 3 nəfərin edamı Kərəc Gözəl Hisar həbsxanasında həyata keçirilib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk dünən verdiyi açıqlamada İranda ilin əvvəlindən bu yana ən azı 209 nəfərin edam edildiyini və bu rəqəmin “narahatedici” olduğunu bildirib.

NOCOMMENT.AZ