Moldova prezidenti Maya Sandu rusiyalı həmkarı Vladimir Putinin həbsi ilə bağlı qərara münasibət bildirib.
NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, Sandu “Euronews Romania”ya müsahibəsində bu mövzuya toxunub.
O, ölkənin Beynəlxalq Cinayət Məhkəməsinin sazişini imzaladığını və mövcud qərara əməl edəcəyini xatırladıb. “Putin Moldovaya gələrsə, o həbs ediləcək”, – Sandu bildirib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə qərar verib.