Türkiyənin Yalova bölgəsinin Altınova rayonundakı gəmiqayırma zavodunda qida zəhərlənməsi şübhəsi ilə 20 işçiyə tibbi yardım göstərilib.
NOCOMMENT.az xəbər verir ki, Altınova Tersanələr Bölgəsindəki gəmiqayırma zavodlarında işləyən 20 nəfər bölgəyə xidmət göstərən şirkətin yeməklərini yedikdən sonra pisləşib.
Məlumata görə zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıb.
Qida zəhərlənməsi şübhəsi ilə müalicə olunan işçilərin həyati təhlükəsinin olmadığı bildirilib.
NOCOMMENT.AZ