İran prezidentinin adminstrasiyasının rəsmi saytı bağlandıbackend

İran prezidentinin adminstrasiyasının rəsmi saytı bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidentinin adminstrasiyasının rəsmi internet saytına təxminən iki saatdır daxil olmaq mümkün deyil.

NOCOMMENT.az xəbər verir ki, İran prezidentinin adminstrasiyasının rəsmi internet saytı “president.ir” fəaliyyət göstərmir. Təxminən iki saata yaxındır ki, sayta daxil olmaq istəyənlər “sayt mövcud deyil” mesajı ilə qarşılaşırlar.

Saytın hansı səbəbdən bağlandığı məlum olmasa da, aidiyyatı qurumlar hələlik açıqlama verməyib.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin rəsmi internet saytı da mayın 7-də haker qrupunun hücumuna məruz qalıb və bir müddət oflayn olub. Hücumu həyata keçirən qrup nazirliyin bir çox məxfi sənədlərini ələ keçirdiyini iddia edib.

Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani nazirliyin rəsmi internet saytının kiberhücuma məruz qaldığını bildirərək sənədlərin və məlumat bazasının ələ keçirildiyi ilə bağlı iddiaları təkzib edib.

NOCOMMENT.AZ