Ukrayna parlamenti Rusiyanı müxtəlif növ silahlar, eləcə də pilotsuz təyyarələr ilə təmin edən İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqi barədə qətnaməni təsdiqləyib.
NOCOMMENT.az xəbər verir ki, Ukrayna parlamentinin sədr müavini Yaroslav Jeleznyak sosial media hesabında İrana qarşı tətbiq olunacaq sanksiya qərarının yekdilliklə qəbul edildiyini açıqlayıb.
Jeleznyak həmçinin Ukraynada pilotsuz uçuş aparatları istehsal edən şirkətlərə vergidən azad edilməsinə qərar verildiyini bildirib.
NOCOMMENT.AZ