Türkiyənin Aydın şəhərində avtomobilin elektrik dirəyinə çırpılması nəticəsində 5 nəfər xəsarət alıb.
NOCOMMENT xəbər verir ki, Aydından Muğla istiqamətinə hərəkət edən sürücünün sükan hakimiyyətini itirməsi nəticəsində Özkan Kaytanın idarə etdiyi avtomobil yol kənarındakı işıqlandırma dirəyinə çırpılıb.
Xəbər üzərinə bölgəyə sağlamlıq, jandarma və xilasetmə qrupları sövq edildi.
Qəzada sürücü ilə birlikdə avtomobildə olan sərnişinlər Sevinç, Xədicə, Eren və Berk Kaytan yaralanıb.
Çine Dövlət Xəstəxanasına çatdırılan yaralıların vəziyyətinin yaxşı olduğu öyrənilib.