Prezident Ərdoğan MHP sədri Baxçalıya telefonla zəng edərək Türkiyə Böyük Millət Məclisinin müvəqqəti sədri kimi vəzifəsini uğurla yerinə yetirdiyinə görə təbrik və təşəkkürünü çatdırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rabitə Nazirliyindən məlumat verilib.
Prezident Ərdoğan görüşdə AK Partiya İstanbul Millət vəkili Numan Kurtulmuşun Türkiyə Böyük Millət Məclisinin sədri seçilməsinə Xalq Alyansı olaraq göstərdiyi dəstəyə görə Milliyyətçi Hərəkat Partiyasının sədri Baxçalıya təşəkkür edib.
NOCOMMENT.AZ