İyunun 9-da Tehran şəhərində güclü külək 500 avtomobilə ziyan vurub.
NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, bu barədə Tehranın Yol Polisi İdarəsinin rəisi Məhəmməd Hüseyn Həmidi bildirib.
O, bununla yanaşı 27 nəfərin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyini, 18-nin durumunun ağır olduğunu deyib.