Hindistanda 6 saatdan az müddətdə evlənən 2413 cütlüyün adları yalnız nikah şəhadətnaməsinə deyil, iki fərqli kateqoriyada Ginnesin Rekordlar Kitabına da yazılıb.
NOCOMMENT.az xəbər verir ki, Hindistan mətbuatının məlumatına görə, mayın 26-da ölkənin Racastan ştatında kütləvi toy mərasimi keçirilib.
Mərasimdə müsəlman və hindu icmalarından 4826 nəfər 6 saatdan az bir müddətdə evlənib.
Beləliklə, 2413 cütlük “12 saatda ən çox evlənən cütlük” və “24 saatda ən çox evlənən cütlük” adlı iki ayrı kateqoriyada Ginnesin Rekordlar Kitabına düşüb.
NOCOMMENT.AZ