İranda tanınmış din xadimini öldürən müttəhim edam cəzasına məhkum edildibackend

İranda tanınmış din xadimini öldürən müttəhim edam cəzasına məhkum edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda Ekspertlər Məclisinin üzvü Ayətullah Abbas Əli Süleymaninin ölümü ilə nəticələnən silahlı hücumun günahkarı edam cəzasına məhkum edilib.

NOCOMMENT.az xəbər verir ki, Mizan Xəbər Agentliyinin məlumatına görə, Mazenderan Məhkəməsinin sədri Hüccətülislam Əkbəri, Ekspertlər Məclisinin üzvü Süleymaniyə qarşı hücumla bağlı iş üzrə hökmün açıqlandığını bildirib.

Mühakimə olunan müttəhimin məhkəmədə “qəsdən adam öldürmə” maddəsi ilə qisas cəzasına məhkum edildiyini qeyd edən Əkbəri təqsirləndirilən şəxsin kimliyini açıqlamayıb.

Qeyd edək ki, İranda ölkə liderini seçən, nəzarət edən və vəzifədən azad edən qurum kimi tanınan Ekspertlər Məclisinin üzvü Ayətullah Abbas Əli Süleymani aprelin 26-da Mazenderan əyalətinin Babulser şəhərində silahlı hücum nəticəsində həlak olub.

NOCOMMENT.AZ