Kiyevə kütləvi hücum: 12 raket, 2 PUA vuruldubackend

Kiyevə kütləvi hücum: 12 raket, 2 PUA vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın paytaxtı Kiyev ruslar tərəfindən növbəti dəfə raket atəşinə tutulub. 

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü polkovnik Yuri İqnat bəyanat yayıb.

“Kiyevə kütləvi hücum zamanı hava hücumundan müdafiə qüvvələri 12 raketi – 6 “Kalibr” və 6 “Xəncər”i, zərərsizləşdirib”, – bəyanatda qeyd edilib.

Bundan əlavə, Hərbi Hava Qüvvələrinin məlumatına görə , iki kəşfiyyatçı PUA da vurulub.

Qeyd edək ki, raketli hücum Afrika liderlərinin ölkədə olduğu zaman həyata keçirilib.

NOCOMMENT.az