Qurban bayramı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının verdiyi fətva ilə bayram namazı və digər məsələlər elan ediləcək.
NOCOMMENT.az-ın məlumatına görə, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
“İnanıram ki, QMİ-nin verdiyi bu fətvaya bütün məscidlərdə bütün imamlar tərəfindən əməl olunacaq. Bu istiqamətdə Dini Komitə üzərinə düşən vəzifələri lazımı səviyyədə yerinə yetirəcək”, – Dövlət Komitəsinin sədri qeyd edib/
Qeyd edək ki, Azərbaycanda Qurban bayramı 28, 29 iyunda qeyd ediləcək.