Esenyurtda Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan istintaq çərçivəsində fərari olaraq axtarılarkən saxlanılan Asiyə Gülən və imam nikahlı həyat yoldaşı həbs edilib.
NOCOMMENT.az xəbər verir ki, əməliyyat İstanbul Təhlükəsizlik Müdirliyi Maliyyə Cinayətləri ilə Mübarizə və Kəşfiyyat Şöbəsi qrupları tərəfindən və İstanbul Respublika Prokurorluğunun koordinasiyası ilə həyata keçirilib.
İstanbul Ədliyyəsinə sövq edilən Gülən və Çamyar prokurorluqda dindirildikdən sonra FETÖ çərçivəsində “silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə həbs tələbi ilə məhkəməyə göndəriliblər.
NOCOMMENT.AZ