“Apple”ın bazar dəyəri yenidən 3 trilyon dolları keçdibackend

“Apple”ın bazar dəyəri yenidən 3 trilyon dolları keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın texnologiya şirkəti Apple-ın bazar dəyəri keçən ilin yanvarından bəri ilk dəfə olaraq 3 trilyon dolları ötüb.

NOCOMMENT.az xəbər verir ki,İlin əvvəlindən səhmləri 50 faizdən çox bahalaşan “Apple”ın səhmləri bu gün 1 faizdən çox artaraq 193,15 dollar olub.

Beləliklə, dünyanın ən dəyərli şirkəti olan Apple-ın bazar dəyəri 3,03 trilyon dollara çatıb.

Qeyd edək ki, bazar dəyəri ilk dəfə 2 avqust 2018-ci ildə 1 trilyon dollara çatan Apple, 19 avqust 2020-ci ildə dəyəri 2 trilyon dollara çatmışdır.

NOCOMMENT.AZ