İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinin Cenin şəhərində 2 gündür həyata keçirdiyi hücumlarda ölənlərin sayı 11-ə yüksəlib.
NOCOMMENT.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada Cenində İsrail qüvvələri tərəfindən başından vurulan daha bir fələstinlinin həyatını itirdiyi bildirilib.
Məlumata görə İsrail qüvvələrinin 2 gündür havadan və qurudan təşkil etdiyi hücumlarda 20-si ağır olmaqla 100-ə yaxın fələstinli yaralanıb.
NOCOMMENT.AZ