Ərəb Birliyindən İsrailin Fələstinə hücumlarını dayandırma çağırışıbackend

Ərəb Birliyindən İsrailin Fələstinə hücumlarını dayandırma çağırışı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərəb Birliyi Şurası Misirin paytaxtı Qahirədəki qərargahında daimi nümayəndələr səviyyəsində fövqəladə iclas keçirərək İsrailin işğal altındakı İordan çayının qərb sahilinin Cenin şəhərinə hücumlarını müzakirə edib.

NOCOMMENT.az xəbər verir ki, Ərəb Birliyi İsrailin Fələstinə hücumlarına son qoymağa və beynəlxalq ictimaiyyəti təcili tədbirlər görməyə çağırıb.

İclasın yekun bəyannaməsində ərəb ölkələrinin dərhal hərəkətə keçməsi və mövzu ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası, üzvləri və digər beynəlxalq tərəflərlə əlaqə saxlaması və yüksək səviyyəli ortaq mesajlar verməsi tələb edilib.

NOCOMMENT.AZ