İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində Cenin şəhərində dövlət xəstəxanasına təşkil etdiyi basqında 2-si ağır olmaqla 3 fələstinlinin güllə yarası aldığı açıqlanıb.
NOCOMMENT.az xəbər verir ki, Fələstinin Səhiyyə naziri Mey Keyle verdiyi yazılı açıqlamada, İsrail qüvvələrinin Cenin şəhərindəki səhiyyə müəssisələri, xəstəxanalar və təcili yardım ekipajlarına qarşı qanun pozuntularını artırdığını bildirib.
İsrailin bu hücumlarının beynəlxalq qanunlara və bütün dünyaya meydan oxuduğunu vurğulayan Keyle, “İşğalçı qüvvələr son iki gündə şəhərdəki Əl-Amel Xəstəxanası, Cenin Dövlət Xəstəxanası və İbn Sina Xəstəxanasına bənzər hücumlar həyata keçirib. Bu vəziyyət xəstələrin və tibb işçilərinin həyatını təhdid edir” deyə qeyd edib.
Keyl həmçinin İsrail qüvvələrinin dəfələrlə Fələstinli təcili yardım və tibb qruplarının öz vəzifə yerinə çatmasına mane olduğunu da əlavə edib.
NOCOMMENT.AZ