“Threads” 70 milyon istifadəçiyə çatdıbackend

“Threads” 70 milyon istifadəçiyə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi Meta-nın “Twitter”ə rəqib olan yeni sosial media platforması “Threads”in bu günədək abunəçi sayı 70 milyona çatıb.

NOCOMMENT.az xəbər verir ki, Meta şirkətinin baş icraçı direktoru (CEO) Mark Zukerberq “Threads” hesabından platformaya qoşulan istifadəçilərin sayı ilə bağlı son məlumatları paylaşıb.

“Bu səhərə olan məlumata görə, “Threads”də 70 milyon qeydiyyat olub. Bu gözləntilərimizdən də çoxdur”, –  deyə Zukerberq bildirib.

“Threads” istifadəçilərinin sayının sürətlə artması istifadəçilərin “Instagram” hesabları vasitəsilə platformaya daxil ola bilməsi baxımından təsirli olduğu bildirilib.

NOCOMMENT.AZ