Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş, Qara Dəniz Taxıl Dəhlizi Sazişi təşəbbüsünün davam etdirilməli olduğunu açıqladı.
NOCOMMEN.az xəbər verir ki, BMT mətbuat katibinin müavini Farhan Haq açıqlamasında BMT-nin baş katibi Quterreşin Rusiya və Ukraynadan ərzaq və gübrə ixracının qlobal ərzaq təhlükəsizliyi üçün vacib roluna işarə edib.
“Baş katib bu məhsulların qlobal bazarlara problemsiz, səmərəli və geniş miqyasda çıxmasını təmin etmək üçün 2022-ci ilin iyulunda İstanbulda imzalanmış sazişlərin tam və davamlı şəkildə həyata keçirilməsinin vacibliyini bir daha vurğulayır” deyə Haq qeyd edib.
NOCOMMENT.AZ