Araz çayında batan iki nəfərdən birinin meyiti tapıldı – YENİLƏNİBbackend

Araz çayında batan iki nəfərdən birinin meyiti tapıldı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 11-də günorta saatlarında Araz çayının İmişli rayonu, Şahverdili kəndi ərazisindən keçən hissəsində batan 2 nəfərdən birinin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

FHN-dən NOCOMMENT.az a verilən xəbərə görə, digər şəxsin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Araz çayında biri uşaq olmaqla 2 nəfər batıb.

Bu barədə NOCOMMENT.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə İmişli rayonunun Şahverdili kəndi ərazisindən keçən Araz çayında biri uşaq olmaqla 2 nəfərin batması barədə məlumat daxil olub.

“Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub”, – məlumatda qeyd edilib.