Microsoft: Çin haker qrupu Avropadakı dövlət qurumlarının e-poçtlarını ələ keçirdibackend

Microsoft: Çin haker qrupu Avropadakı dövlət qurumlarının e-poçtlarını ələ keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də yerləşən Microsoft texnologiya şirkəti Çinli haker qrupunun Qərbi Avropadakı bəzi dövlət qurumlarının elektron poçtlarını ələ keçirdiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Microsoft-un verdiyi açıqlamaya görə, Storm-0558 haker qrupu Qərbi Avropada ictimaiyyət də daxil olmaqla təxminən 25 qurum və şəxsin elektron poçt hesablarını hədəfə alıb.

Müştərilərin “Microsoft”a qeyri-adi e-poçt fəaliyyəti barədə məlumat verməsindən sonra qrupun hesablara girişinin təxminən bir ay ərzində aşkarlanmadığı məlum olub.

“Microsoft”un təhlükəsizlik üzrə vitse-prezidenti Çarli Bell qrupun məlumat toplamaq üçün e-poçt sistemlərinə daxil olaraq casusluq fəaliyyətlərinə diqqət yetirdiyini düşündüklərini söyləyib.

“Storm-0558″in fəaliyyətlərinin izləniləcəyi və oxşar hücumlardan qorunmaq üçün araşdırmaların aparılacağı bildirilib.

NOCOMMENT.AZ