Rusiyanın xarici borcu 347,7 milyard dollara düşübbackend

Rusiyanın xarici borcu 347,7 milyard dollara düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici borcu ilin əvvəlindən 33 milyard dollar azalaraq iyulun 1-nə 347,7 milyard dollar olub.

NOCOMMENT.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı tərəfindən edilən yazılı açıqlamada ölkənin xarici borcunun son vəziyyəti ilə bağlı məlumatlar yer alıb.

“Rusiyanın xarici borcu 2023-cü il iyulun 1-nə 347,7 milyard dollar təşkil edib ki, bu da bu ilin əvvəlindəki göstəricidən 8,7 faiz və ya 33 milyard dollar azalıb” açıqlamada qeyd olunub.

Açıqlamada azalmanın əsas səbəbinin qeyri-rezidentlərin dövlət istiqrazlarının satışından qaynaqlanan dövlət idarəçiliyi borclarının azalması olduğu bildirilib.

NOCOMMENT.AZ