Kreml: Putin videokonfrans vasitəsilə BRICS liderlərinin sammitində iştirak edəcəkbackend

Kreml: Putin videokonfrans vasitəsilə BRICS liderlərinin sammitində iştirak edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Cənubi Afrikada keçiriləcək BRİCS Liderlər Sammitinə videokonfrans vasitəsilə qatılacağını bildirib.

NOCOMMENT.az xəbər verir ki, Peskov jurnalistlərə Putinin sammitdə iştirakı ilə bağlı açıqlamalar verib.

Peskov bildirib ki, sammitdə üzbəüz iştirak Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, gələn ay BRİCS Liderlər Zirvəsinə ev sahibliyi etməyə hazırlaşan Cənubi Afrika Respublikası Rusiya lideri Putinin sammitə Beynəlxalq Cinayət Məhkəməsinə üzv olan dövlətlərdən biri kimi qatılacağı təqdirdə onu həbs etməyə borcludur.

Cənubi Afrika Respublikasının Prezidenti Ciril Ramaphosa BRİCS Liderlər Zirvəsi üçün ölkəyə səfər edəcəyi gözlənilən Putinin həbsinin BCM-nin həbs qərarına əsasən müharibə səbəbi sayıla biləcəyini açıqlayıb.

NOCOMMENT.AZ