İyulun 28-i günorta saatlarında Ukraynada genişmiqyaslı hava xəbərdarlığı elan edilib, o, təxminən 10 dəqiqə davam edib.
NOCOMMENT.az bu barədə telemarafonun efirində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnata istinadən məlumat verir.
Bildirilib ki, buna səbəb Rusiyanın Tu-22m3 bombardmançısı olub.
Saat 12:20-də şimal, şərq, mərkəzi və cənub rayonlarında hava xəbərdarlığı elan edilib və tez bir zamanda bütün ölkəyə yayılıb. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri raketlərdən istifadə təhlükəsi barədə xəbərdarlıq edib.