Rusiya Fövqəladə Hallar Nazirliyi həftəsonu əlverişsiz hava şəraiti nəticəsində 11 nəfərin həyatını itirdiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada, son bir neçə gündə Rusiyanın 17 bölgəsində güclü yağış və küləyin təsirli olduğu bildirilib.
Əlverişsiz hava şəraiti səbəbindən 82 nəfərin zərər çəkdiyi bildirilən açıqlamada “Onlardan 11-i dünyasını dəyişib, 35-i xəstəxanada müalicə olunub” deyə qeyd edilib.
NOCOMMENT.AZ