İranda bu səbəbdən qurumlar 2 günlük tətil elan edibbackend

İranda bu səbəbdən qurumlar 2 günlük tətil elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda həddindən artıq istilərlə əlaqədar avqustun 2-3-də ölkə üzrə bütün müəssisələrin məzuniyyətə buraxılması qərara alınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Əli Bahadori Çehromi “Twitter” hesabında açıqlama verib.

“Səhiyyə Nazirliyinin bu günlərdə görünməmiş istilərlə əlaqədar vətəndaşların sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində çərşənbə və cümə axşamı günləri tətil elan edilməsi təklifi Nazirlər Şurasında qəbul edilib” deyə o qeyd edib.

Son həftələrdə həddindən artıq isti havanın təsirli olduğu İranda sabah ölkənin cənub-qərbindəki bəzi şəhərlərində hava istiliyinin 51 dərəcəyə çatacağı təxmin edilir. Paytaxt Tehranda 40 dərəcə isti gözlənilir.

NOCOMMENT.AZ