Türkiyədə sobanın üzərində unudulmuş yeməklər səbəbindən baş verən yanğını söndürmək istəyən 2 nəfər tüstüdən təsirlənərək xəstəxanaya aparılıb.
NOCOMMENT xəbər verir ki, Burdurda bir mənzilin 3-cü mərtəbəsindən alov qalxmağa başlayıb. Ətrafdakı insanların xəbəri üzərinə hadisə yerinə çox sayda xilasetmə, sağlamlıq, polis və təbii qaz paylama şirkəti qrupları sövq edilib.
Binadan tüstü çıxdığını görən Nuri K. və Ümit C. yanğını söndürmək üçün mənzilə daxil olublar. Onlar yanğınsöndürənlə müdaxilə etməyə çalışsalar da, tüstüdən təsirlənərək çölə çıxmaq məcburiyyətində qalıblar.
Hadisə yerinə gələn yanğınsöndürənlər müdaxilə edərək yanğını söndürərkən, mənzildə yaşadığı öyrənilən 2 əcnəbi vətəndaş ifadələrini almaq üçün polis bölməsinə aparılıb.