İzmir sahillərində yunanlar tərəfindən Türkiyənin ərazi sularına itələdiyi rezin qayıqda olan 45 qeyri-qanuni miqrant xilas edilib, qeyri-qanuni yollarla xaricə getməyə çalışan 67 immiqrant isə yaxalanıb.
NOCOMMENT.az xəbər verir ki, Sahil Mühafizə Komandanlığının internet saytında yer alan açıqlamaya görə, Seferihisar rayonu sahillərində rezin qayıqda bir qrup nizamsız miqrantın olması xəbəri üzərinə bölgəyə bir Sahil Mühafizə gəmisi təyin edilib.
Bundan başqa İzmir sahillərində rezin qayıqda olan bir qrup nizamsız miqrant Sahil Mühafizəsi pilotsuz uçuş aparatı tərəfindən aşkarlanıb.
Hərəkətə keçən Sahil Təhlükəsizlik qrupları, dayandırdıqları qayıqda 38 nizamsız miqrantı yaxalayıb.
Qeyri-qanuni yollarla xaricə getməyə çalışan 29 qeyri-qanuni miqrant isə sahilə çıxarılıb.
NOCOMMENT.AZ