Pakistanda xristianların evlərinə hücumlar gərginliyi artırırbackend

Pakistanda xristianların evlərinə hücumlar gərginliyi artırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanda kilsələrə hücumlara görə 100-dən çox adam saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, mətbuatda yer alan xəbərlərə görə, Pəncabın Faisalabad bölgəsindəki Jaranvala şəhərində bir xristianın Qurani-Kərimə hörmətsizlik etdiyi iddia edilib.

Qurana hörmətsizlik edildiyi iddiasına reaksiya verən bir qrup sözügedən şəxsin və şəhərdəki digər xristianların evlərini hədəfə alaraq kilsələrə ziyan vurub.

İctimai asayişi təmin etmək üçün hadisələrin baş verdiyi rayonlara 6 mindən çox təhlükəsizlik qüvvəsi cəlb edilib. Səlahiyyətlilər insidentlərdə ölən və yaralananların olmadığını açıqlayıb.

Müvəqqəti hökumətin baş naziri Ənvarul Hak Kakar sosial media hesabından verdiyi açıqlamada baş verənləri pisləyib. Kakar qanunu pozan və azlıqları hədəf alanlara qarşı sərt tədbirlər görüləcəyini bildirib.

Hücumlardan sonra yüksək səviyyəli araşdırmaya göstəriş verilib.