Şimali Koreya təxminən 3 ildən sonra xaricə ilk sərnişin təyyarəsi uçuşunu edib.
NOCOMMENT.az xəbər verir ki, “Flightradar24″ uçuş izləmə saytının məlumatına görə, Şimali Koreyanın paytaxtı Pxenyandan qalxan “Air Koryo”nun “JS151” reysi Çinin paytaxtı Pekində eniş edib.
Xatırladaq ki, bu, ölkənin COVID-19 pandemiyasından zərər çəkdiyi 2020-ci ilin əvvəlindən Şimali Koreyadan ilk beynəlxalq sərnişin uçuşu idi.
Qeyd edək ki, Pxenyan administrasiyası epidemiya səbəbiylə sərhədlərini bağlayarkən sərnişin reyslərini dayandırıb.