Texnologiya şirkəti “Google”, rəqəmsal platformalar üçün Avropa Birliyinin (Aİ) yeni sərt qaydalarına əməl edəcəyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, “Google”un Etibarlılıq üzrə vitse-prezidenti Laurie Riçardson sabahdan qüvvəyə minəcək Aİ-nin Rəqəmsal Xidmətlər Aktı (DSA) haqqında bloq yazısını dərc edib.
Aİ-nin üzv dövlətlərdə məzmun tənzimləmələrini uyğunlaşdırmaq və onlayn məzmuna nəzarət üçün xüsusi proseslər yaratmaq üçün nəzərdə tutulmuş qaydanı qüvvəyə mindirəcəyinə işarə edən Riçardson, O, qanunun bazarlar, tətbiq mağazaları, onlayn video paylaşma platformaları və axtarış sistemləri kimi böyük və müxtəlif onlayn xidmətlərə şamil ediləcəyini bildirib.
Riçardson, “Google”un bir çox etibar və təhlükəsizlik proseslərini yeni qaydalara uyğunlaşdırdığını, bəzi xidmətlərin işini qanunun xüsusi tələblərinə uyğun olaraq dəyişdirdiyini diqqətə çatdırıb.
NOCOMMENT.AZ