Varşava hava limanında əl qumbarası tapıldıbackend

Varşava hava limanında əl qumbarası tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın paytaxtı Varşavada Şopen hava limanında bir sərnişinin əl yükündən əl qumbarası və 4 güllə tapıldıqdan sonra 400 nəfər təxliyə edilib.

NOCOMMENT.az xəbər verir ki, Dubaya gedən sərnişinin əl yükündən 5,56 mm diametrli əl qumbarası və 4 ədəd güllə aşkar edilib.

Cənubi Afrika vətəndaşı olduğu müəyyən edilən 41 yaşlı sərnişin mühafizəçilər tərəfindən saxlanılıb.

Hadisə yerinə bomba zərərsizləşdirmə qrupları cəlb edilərkən 400 nəfər təxliyyə edilib. Hava limanına gedən yolların hərəkəti də dayandırılıb. Sərnişinin Ukraynadan gəldiyi açıqlanıb və onun qeydiyyatdan keçmiş baqajında ​​aparılan axtarış zamanı şübhəli əşya aşkar edilməyib.

NOCOMMENT.AZ