NOCOMMENT.az xəbər verir ki, Mehman Abbas oğlu Baxışov Müdafiə Sənayesi nazirinə müavin vəzifəsinə təyinat alıb.
Yeni nazir müavini kimdir?
Mehman Abbas oğlu Baxışov 1959-cu il iyul ayının 28-də Abşeron rayonunun Altı-Agac kəndində anadan olub.
- 1981-ci ildə Xəzər Ali Hərbi Dənizçilik Məktəbini mühəndis-texnoloq ixtisası üzrə bitirib.
- 1981-ci ilin iyul ayından 1985-ci ilin avqust ayına qədər SSRİ Hərbi Dəniz Donanmasının Mərkəzi Kimya Anbarında saxlama şöbəsinin rəisi işləyib.
- 1985-ci ilin avqust ayından SSRİ Müdafiə Nazirliyinin Hərbi Nümayəndəliyində kiçik nümayəndə işləyib.
- 1990-cı ilin noyabr ayından SSRİ Müdafiə Nazirliyinin Baş Hərbi nümayəndəliyinin rəisi işləyib.
- 1992-ci ilin aprel ayından Azərbaycan Respublikası Müdafiə Nazirliyində Silah və Hərbi Texnika İdarəsində qərargah rəisinin müavini işləyib.
- 1992-ci ilin may ayından 1994-cü ilin yanvar ayına qədər Müdafiə Sənayesi İdarəsində Hərbi nümayəndəliklər şöbəsinin rəisi işləyib.
- 1994-cü ilin yanvar ayından 2019-cu ilin oktyabr ayınadək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Müdafiə Sənayesi İdarəsinin rəisi vəzifəsində xidmət edib.
- 2019-cu ilin oktyabr ayından Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ehtiyata buraxılıb.
- 2019-cu ilin noyabr ayından Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin (hərbi-texniki əməkdaşlıq üzrə) müşaviri təyin edilib.
- Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi nazirinin müavini təyin edilib.
- Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2008-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
- Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2013-cü Sərəncamı ilə General-mayor hərbi rütbəsi verilib.