2023-cü il CEV Avropa Çempionatının finalında Serbiyanı 3-2 hesabı ilə məğlub edən Türkiyə Qadın Voleybol Milli Komandası tarixində ilk dəfə çempion olub.
NOCOMMENT.az xəbər verir ki, türkiyəli voleybulçular ilk hissədə 1:0 hesabı ilə geriyə düşsələr də, sonrakı hissədə hesabı bərabərləşdirərək hesaba ortaq olublar.
Üçüncü setdə üstünlüyü Serbiya əldə etsə də, hesabı qoruya bilməyib.
Qeyd edək ki, 2019-cu il Avropa Çempionatının finalında Türkiyəni 3:2 hesabı ilə məğlub edən Serbiya çempion olub, Türkiyə millisi isə gümüş medal qazanıb.