Kreml hələ maska rejimi tətbiq etməyib.
NOCOMMENT.azTASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Daha əvvəl Rusiya Federasiyasının Hökumət Evində bu və digər anti-COVİD tədbirlərin geri qaytarılması barədə məlumat verilmişdi.
“Kreml hələ maska rejimi tətbiq etməyib. Bizdə belə tədbirlər yoxdur. Biz görürük ki, təbii ki, müəyyən mövsümilik var, xəstələnmənin mövsümi artımı mümkündür. Mütəxəssislərdən – epidemioloqlardan göstəriş gözləyirik” – Peskov bildirib.
Qeyd edək ki, Rusiya “Rospotrebnadzor” bildirib ki, payızda qrip və koronavirus infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar müxtəlif müəssisələrdə müvəqqəti olaraq yerli məhdudiyyətlər tətbiq oluna bilər.