Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC tərəfindən telekommunikasiya xidmətlərindən istifadə edənlərin sayı və əhatə dairəsi genişləndirilib.
Nazirlikdən NOCOMMENT-ə verilən məlumata görə, artıq 700 mininci ev qurumun telekommunikasiya xidmətləri ilə təmin edilib. “Aztelekom” ailəsinə yeni qoşulan ev İmişli rayon Aranlı kənd sakini, 2-ci qrup Qarabağ əlili Həsənov Aydın Hüseynağa oğluna məxsus olub.
Qurumun adından “Aztelekom” MMC-nin Kommersiya departamentinin direktoru Elçin Cabarov 700 mininci abunəçini təbrik edərək ona modem və digər hədiyyələr təqdim edib, telefondan, internetdən 6 ay ərzində ödənişsiz istifadə edəcəyini söyləyib.